PAŞİNYAN BAKININ QƏRARLARININ DOĞRU OLDUĞUNU BƏYAN ETDİ - "Bu ərazilər ölkəmizin deyil və..."

“2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanının sərhədlərinə çəkilib. Bu addım yeni hərbi gərginlikdən qaçmaq üçün atılıb”.

"Sputnik Armeniya xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bununla da sovetdən qalma inzibati sərhəd dövlət sərhədinə çevrilib: “Gorus-Qafan avtomobil yolu iki yerdə Ermənistan Respublikası və ya Sovet Ermənistanı ərazisindən çıxır. Məhz buna görə də məlum rayonlarda hamının gördüyü lövhələr quraşdırılıb və dayaq məntəqəsi yaradılıb”.

N.Paşinyan bildirib ki, 2020-ci ilin dekabrında bu yoldan nəqliyyat vasitələrinin tranziti kimi istifadə edilməsinə dair razılıq əldə olunub:Razılaşmanın mətnində xarici ölkələrə məxsus yüklərin daşınması nəzərdə tutulmadığından, ehtimal edirəm ki, bu şəraitdə Azərbaycan tərəfi həmin məqamdan istifadə edir”.

Ermənistanın baş naziri Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən də danışıb.

“Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanın 2010-cu ilin inzibati bölünməsini de-yure qəbul etdiyini açıq şəkildə bilsinlər”, - deyə o bildirib.

Qeyd edək ki, N.Paşinyan daha əvvəl Gorus-Qafan yolundakı hadisənin şərhi zamanı Azərbaycan toponimlərindən istifadə edərək hadisənin Eyvazlı və Çayzəmi yaxınlığında baş verdiyini bildirmişdi.

635x100

Şərhlər

Mən 2021-09-16 04:29:38

Eşşəkdə olsa qanacağı var

Son yazılar