YOLUXMA SAYI YENİDƏN ARTDI - Günün koronavirus statistikası
Baxiş sayı:
Dərc olunub:
21/09/2021 - 19:09
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 594 yeni yoluxma faktı qeydə alınıb, 2 543 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 475 053 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 439 080 nəfər müalicə olunaraq sağalıb, 6 353 nəfər vəfat edib, aktiv xəstə sayı 29 620 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 583, ötən müddət ərzində isə ümumilikdə 4 764 847 test aparılıb.
Son yazılar
13:33
Ermənilər Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb - VİDEO
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.