Almaniyada keçirilən parlament seçkilərində Almaniya Sosial Demokrat Partiyası (SPD) 25,7% səs toplayaraq qalib gəlib.
“Report” xəbər verir ki, bunu Federal Seçki Komissiyası tərəfindən yayılan rəsmi ilkin məlumatlar sübut edir.
“Almaniya Xristian-Demokratik İttifaqı/Xristian-Sosial İttifaqı” (XDİ/XSİ) bloku ikinci yerdə qərarlaşıb - 24,1 faiz. Bu, mühafizəkarların ən pis göstəricisidir.
Onun ardınca “Yaşıllar” (14,8 faiz), Azad Demokratik Partiyası (AzDP, 11,5 faiz), Almaniya üçün Alternativ (AfD, 10.3 faiz) və “Solçular” (4,9 faiz) gəlir.


Şərhlər
Putinin ən böyük dəstəyi Mekelin partiyası məğlub oldu.Bu müsbət haldır.