“Bakı əhalisi maksimum 700 min nəfər olacaq” – AÇIQLAMA

Ölkəmizdə, demək olar ki, hər şey Bakıda mərkəzləşib. Məhz bu səbəbdən də paytaxtda əhalinin sayı hər gün bir az daha artır. Bəs digər rayonlardan insanların köçünün qarşısını almaq üçün hansı işlər görülməlidir?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən millət vəkili Aqil Abbas bildirib ki, 3-4 ilə Bakıdan rayonlara böyük köç başlayacaq:“Bir  çox nazirliklərin Bakıya aidiyyatı yoxdur, onlar rayonlarda olmalıdır. Su Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kənd Tikinti Nazirliyi və bir çox digər nazirliklərin Bakıda olması düzgün deyil.

Onlar rayonlara köçürülməlidir ki, həmin ərazilərdə də infrastruktur inkişaf etsin. Rayonlarda müəyyən obyektlərin tikintisi davam etdirilir. Bu obyektlərin açılışının çoxunda cənab İlham Əliyev özü də iştirak edib. Yəni iş yerlərinin yaradılması ilə bağlı fəaliyyət davam etdirilir. Bakıda nə qədər məcburi köçkünlər var ki, onlar öz yurdlarına qayıdacaqlar. 3-4 il ərzində Bakıdan rayonlara sürətli şəkildə köç başlayacaq. İşğaldan azad olunan torpaqlarda quruculuq işləri gedir. Həmin yerlər boş qalmayacaq, insanlar ora gedəcəklər. Bakının əhalisi maksimum 700 min nəfər olacaq”.

635x100

Şərhlər

esger 2021-09-29 11:33:42

Hörmətli deputat (aqdamlı) Aqil Abbas həmyerlərə özü nümünə göstərməlidir

Ibad 2021-09-29 10:02:43

Bakının əhalisi maksimum 700 min nəfər olacaq:Aqil Abbas..Amin amin min defe amin.Amin demiyen diller qurusun.1.5 ve ya 2 milyon insanin yawamaqi ucun bezerde tutulub Baki.Indi ise cox teessufki 5-6 milyona yaxin insanlar yawayir.

TARIX 2021-09-29 09:26:45

AQİL BƏY HANSI HESABAT ƏSASINDA BU RƏQƏMİ VERİRSƏN.

aqil 2021-09-29 09:11:35

özün dediyinə özün inanırsanmı?

Ədalət 2021-09-29 08:42:10

Göydən üç alma düşdü...

RT 2021-09-29 07:25:25

Aqil mellim cox savadlidi ! El helal sene

t.ədalət 2021-09-29 00:39:23

Bakının əhalisi heç vaxt azalmayacaq.700 min yox,7 milyon olma ehtimalı ola bilər.Heç bir böyük şəhərin əhalisini azaltmaq mümkün olmayıb.Ola bilər ki,məsələn, Şirvan şəhərinin sənaye potensialını artırıb əhalinin oraya toplanmasına imkan yaradılsın.Bunun üçün orda pulsuz çoxmərtəbəli mənzillər tikilib istifadəyə verilksin və çoxlu iş yerləri yaradılsın.Paytaxtla onun arasında fasiləsiz rels nəqliyyatı işləsin.

Son yazılar