Menu

MÜRDƏŞİRİN BİCLİYİ - Yaxud İran ölü qıdıqlayır!

07.10.2021, 00:10
MÜRDƏŞİRİN BİCLİYİ - Yaxud İran ölü qıdıqlayır!

Mollanın mürdəşirlə işbirliyində olduğundan xəbərdar idik. Belə ki, onların fəaliyyəti bir-birinə qarşılıqlı bağlıdır - bilirik. Mürdəşir ölünü yumasa, şəriətə görə molla onu basdıra bilməz, gözlərini yumub basdırsa əgər, böyük günaha batar - yəni, məşhər ayağında fəriştələrin işgəncə vermək obyektinə çevrilər (qır qazanı məsələsini yada sal!).

Molla da ölünü basdırmağa razılıq verməsə, mürdəşirin zavallını yumasının mənası olmaz. Odur ki, harada molla varsa, mürdəşir də orada əmrə müntəzir dayanıb, him-cim gözləyər - ehsan plovunun aromatından ağzının suyunu saqqal aşağı axıdar…

Bunları sözgəlişi xatırlatdım, çünki İranla Ermənistanın «siğə qardaşlığı» bəzi mətləblər barədə saqqal tərpətməyə ehtiyac yaradıb. Necə yəni? Dinləyin, nağıl eləyim…

Hamı bilir ki, İran adlı ölkə başdan-başa mollaxanadır. Hətta burada insanların ictimai təbəqələşməsi də molla standartı üzrə formalaşıb - molla, axund, «şəriətmədari», surəxan, «fatəxan», Ayətullah və s. Odur ki, burada ölü basdırmaq və ölü yumaq sanki bir dini adətə çevrilib - başqa sözlə, molla qıtlığı yoxdur. 

Bu bolluq avtomatik olaraq, mürdəşir bolluğu da yaradır - bu, qanunauyğunluqdur. Farslarla ermənilərn genetik qohumluğunu bir tərəfə qoyub, müasir mollaların erməni sevgisi, başqa sözlə, erməniyə siyasi qohumluğu üzərində dayanmaq istəyirəm. Son 30 ildə (bundan da artıq!) fars-erməni qohumluğu özünü bütün «aspektləri» ilə büruzə verib - bu, gizli deyil ki, barəsində uzun-uzadı danışaq. Ancaq İkinci Qarabağ savaşında Ermənistan biabırçı şəkildə darmadağın edildikdən sonra, vəziyyət bir qədər dəyişib - mürdəşir müharibədə cəhənnəmlik olandan sonra, onun vəzifələrini də İran mollaları icra etməyə məcbur qalıblar. 

Amma bir fərq də belə yananıb ki, ölü xristian, molla-mürdəşir isə «müsəlmandır» ki, bu da vaveylənin məzmununu əməlli-başlı dəyişib. Normal halda mürdəşir ölünü yuyub, basdırmaq üçün mollaya təhvil verir. İndiki anormal halda isə mürdəşir-molla proseduru əhəmiyyətli dərəcədə dəyişməli olub, çünki ölü xristiandır. Bu səbəbdən dolayı, mürdəşir-molla ölünü yumazdan əvvəl üsulluca QIDIQLAYIR ki, əmin olsun, sonradan diriləsi olmaz ki?!

İndi mollalar ölünü qıdıqlayıb, reaksiyasını isə Moskvada yoxlamaq fikrinə düşüblər - sanki özlərinə inamları yoxdur. Bu məqamda rəhmətlik Bəsir Səfəroğlu deyərdi: «Axmaqlar, ölünün də qıdığı gələr? Öldü, vəssalam…»

Fəqət, axmaq mollalar ölünün diriləcəyindən «qorxurlar». Lavrov isə onları başa salıb ki, ay vələdüzinalar, heç ölü də dirilərmi? - gedin, özünüzə başqa bir peşə tapın…

Axmaq mollalar da vəziyyətdən çıxmaq üçün indi də bölgədə «terrorçu», «sionist» axtarışına baş vurublar. Gülməlidir, deyilmi? Qurumsaq vəziyyətə bir qədər siyasi çalar vermək məqsədilə, mürdəşir-molla bu «axtarışa» Rusiyanın reaksiyasını öyrənmək qərarına gəlib. Ancaq səfeh ayətullahlar unudurlar ki, son 30 ilin savaş prosesləri Rusiyanın da iştirakçı olduğu Müstəqil Dövlətər Birliyi (MDB) məkanında baş verir ki, burada İran mollaxanası sadəcə, söz sahibi deyil, vəssalam!

Sonda, mürdəşir-mollaya sözümüz budur: Axmaqlar, ölünü qıdıqlamazlar, ölü diriltməyin yolunu gedin şeyx Nəsrullahdan öyrənin. Başqa sözlə, «islam» hörüldəməkdə, islami olmurlar, gərək qəlbində bir qədər də islam sevgisi olsun. Bir atalar məsəlində deyildyi kimi, «halva-halva deməklə, ağız şirin olmaz»…

Mirzə AĞ

Şərhlər

Niyaməddin 2021-10-07 01:20:46

Allah sizi güldürsün, Mirzə bəy. Bunlar səfehliyi, həyasızlığı, şərəfsizliyi özlərinə peşə seçiblər. Qəlbində zərrə qədər iman olan möminlər isə bunlara baxıb iyrənirlər, nifrət edirlər. Özlərini qoyublar ən axırıncı yola.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol