“KORRUPSİYAYA GÖZ YUMMADIM, İŞDƏN ÇIXARDILAR...” – 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində nələr baş verir?

Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin mühasibi Aysel Fərmanlı işdən çıxarıldığına görə şikayətçidir. Bu idarə Gəncə şəhəri, Samux, Goranboy, Naftalan, Kəlbəcər rayonlarında yerləşən orta məktəblərin maliyyə məsələlərini həyata keçirir. Məktəblərin direktorları hər ayın sonunda maaş cədvəllərini Mərkəzə təqdim edirlər, orada müvafiq əməliyyatlar həyata keçirildikdən sonra Təhsil Nazirliyinə göndərilir. Müəllimlərin əmək haqları bu prosesdən sonra maaş kartlarına köçürülür.

A.Fərmanlının işdən çıxarılmasına gəlincə, şikayətçi deyir ki, Hesablama Mərkəzinin rəhbəri Fəraid Qəhrəmanov ona qarşı qanunsuzluğa yol verib, bu da onun qurumda yaratdığı dözülməz atmosferlə bağlıdır: "Fəraid Qəhrəmanov Mərkəzdə öz qaydalarını tətbiq edib. Bu "qaydalara" tabe olmayan işçilərə isə "torba tikilir", gözümçıxdıya salınır, əmək müqaviləsinin müddəti uzadılmır. "Heç bir əməkdaş direktorun komfortunu poza, onun himayəsində olan yaxın çevrəsinin tapşıqılarından boyun qaçıra bilməz",- şikayətçi gileylənir.

Aysel Fərmanlı bildirir ki, 2020-ci ilin iyulun 1-dən 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində mühasib kimi əmək fəaliyyətinə başlayıb. Onun sözlərinə görə, əvvəlcə analıq məzuniyyətinə çıxan əməkdaşı əvəz edib, daha sonra əmək müqaviləsi ilə işə götürülüb. Şikayətçi ixtisaslı kadr olduğunu, sahəsi üzrə bütün proqramlardan, texnoloji yeniliklərdən xəbərdar olduğunu deyir. Həmçinin korrupsiya, qanunusuzluq hallarına qarşı həmişə barışmaz mövqedə dayandığını vurğulayır. Bildirdiyinə görə, elə rəhbərliklə konflikt də onun prinsipiallığına görə yaranıb: "Mən Mərkəzdə Gəncə şəhərində yerləşən 14 saylı orta məktəbin mühasibi idim. Bu məktəb problemləri, narazılıqları ilə şəhərdə məşhurdur. Təsəvvür edin, məktəbin 200 nəfərlik kollektivi direktor Gülşən Məmmədovanın işdən çıxarılmasını tələb edir. Səbəb kimi məktəbdə baş verən qanunsuzluqları, tədris mühitinin pozulmasını göstərirlər. Onunla bağlı prokurorluğa, məhkəməyə çoxsaylı şikayətlər ünvanlanıb. Amma bütün şikayət və tələblərə rəğmən o vəzifəsində qaldı. Çünki onu himayə edən "güclü əllər" var. Onların sırasında Fəraid Qəhrəmanovu da göstərmək olar".

A.Fərmanlı qeyd edir ki, sözügedən qanunuszluqlarla bağlı dəfələrlə Fəraid Qəhrəmanova, o cümlədən Gəncə Şəhər Təhsil İdarəsinin müdüri Anar Qədiməliyevə, Mərkəzdə yoxlama aparan nazirliyin əməkdaşlarına şikayətini bildirib: "Amma heç bir tədbir görülmədi. Gülşən Məmmədova maliyyə sənədlərini mənə həmişə ayın sonuncu günü, iş gününün sonuna lap az qalmış gətirirdi. Bunu qəsdən edirdi ki, mən onun təqdim etdiyi maaş təyinatlarını yoxlaya bilməyim".

Aysel Fərmanlı deyir bu ilin aprel ayından etibarən Mərkəzdə Təhsil Nazirliyi, Maliyyə İdarəsi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yoxlamalar aparıb: “Bu araşdırmalar kiçik fasilələrlə avqust ayına qədər davam etdi. Amma təəssüf ki, nəticə F.Qəhrəmanovun istədiyi kimi oldu".

Aysel Fərmanlı işdən çıxarılması ilə bağlı Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə müraciət edib. Onun şikayəti icraata götürülüb və oktyabrın 14-nə hazırlıq iclası təyin olunub. Şikayətçi media vasitəsi ilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, təhsil naziri Emin Əmrullayevə, Respublika Prokurorluğuna müraciət edərək 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində baş verən qanunsuzluqların araşdırılmasını və özünə qarşı yol verilən haqsızlıqların aradan qaldırılmasını xahiş edir. 

Mərkəzin rəhbəri Fəraid Qəhrəmanov "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirib ki, Aysel Fərmanlını müqavilə müddəti bitdiyinə görə işdən azad edib. Qeyd edib ki, onun fəaliyyəti rəhbərliyi qane etmədiyi üçün bu addımı atıb. "Aysel xanım məhkəməyə müraciət edib, gözləyək, hansı qərar veriləcək. Onun ittihamlarına gəlincə, heç biri doğru deyil. Təhsildə rüşvət və korrupsiyadan danışmaq əsassızdır", - deyə F.Qəhrəmanov sözlərinə əlavə edib.

E.Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

Elmir Babayev 2021-10-11 11:18:07

Bu xanımın iddiası əsaslıdır. İnanmaq isdədim ki, məhkəmə ədalətli qərar qəbul edəcək. Ədalətli

Maya 2021-10-08 20:04:40

Halal olsun sene Aysel xanim. Dogru ve haqlisan. Bizde seninke hemfikirik,amma efsuslar olsun ki, edalet hemise gogru olanin yaninda deyil. Amma yenede umidimizi itirmeyek, yegin bir gun haqq ve edslet bizimle olacaq.

Həqiqət 2021-10-08 12:03:26

Gülşənin arxasında bu kişi durub. Təbii ki. düzgünlük axtaran bu qızcığaz belə korrupsionerlərə uduzacaqdır. Məhkəmə 100 faiz direktorun xeyrinə qərar çıxardacaq. Zavallı Aysel!!!!

Gulnare 2021-10-08 02:48:48

Allah sizin belanizi versin.

Niyaməddin 2021-10-07 19:30:16

Hakimlərin hakimi də qiyamət günü onlara bəraət verməyəcək, birbaşa cəhənnəmə göndərəcək! 5-ci kalonun tör-töküntüləri hələ də boy göstərirlər... Allah bunların belini qırsın. Ədalətli olan Allah bu dünyada da bu şərəfsiz rüşvətxor məmurları zəlil edəcək, ya öz əlilə, ya da millətin əlilə.

Leyla 2021-10-07 18:37:51

Mən bu xanıma inanıram.Məncə dərində yoxlanış getsə əla

Amil 2021-10-07 18:31:18

Aydiyati qurmlar yəqin göz yumaz buna görürlərsə ciddi maraqlansinlar

Vuqar Memmed.oglu 2021-10-07 17:50:09

Bir MİLLET İKİ DOVLETİKSE BUTUN PROBLEMLER QİSA MUDDETE HELL OLUNA BİLMEZ Kİ,BUNA ZAMAN KAZİMDİR Kİ,HER SEYİ QAYDASİNA SALAQ!

Son yazılar