Menu

Türkiyə, Azərbaycan və Gürcüstan deputatları birgə iclas keçirəcək

16.10.2021, 00:41
Türkiyə, Azərbaycan və Gürcüstan deputatları birgə iclas keçirəcək

Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının IV üçtərəfli iclası keçiriləcək.

Musavat.com xəbər verir ki, iclas 18-19 oktyabr tarixlərində baş tutacaq.

Proqrama əsasən, heyətlər TBMM-də 15 iyul 2016-cı il tarixinde çevriliş cəhdi zamanı "Şərəf" zalında zərər görən ərazini ziyarət edəcək.

İclas çərçivəsində oktyabrın 19-da Türkiyə, Azərbaycan ve Gürcüstan parlamentlərinin Xarici əlaqələr komissiyaları birgə mətbuat konfransı da nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol