Polşada Belarusdan qeyri-leqal miqrantların buraxılmasını tələb edirlər

Varşavada aksiya keçirilir. Onun iştirakçıları Polşa və Belarus sərhədində cəmləşmiş qeyri-laqal miqrantlara sığınacaq verilməsini tələb edirlər.

«Polşa hakimiyyəti demək olar artıq iki aydır ki, tədbirlər görür. Və bu səbəbdən, artıq ən azı 6 nəfər Polşada və Avropada sığınacaq axtaran miqrant ölüb. Bir neçə yüz nəfərin həyatı təhlükə qarşısındadır. Onların arasnda kiçik yaşlı uşaqlar var. Bu qaçqınlar İraqdan, Əfqanıstandan, Suriyadan, Türkiyədən və digər ölkələrdən olanlardır - harada ki, onları müharibə, təqiblər və təzyiqlər gözləyir - təşkilatçılar bəyan ediblər deyə, RİA Novosti xəbər verir.

Onların məlumatlarına görə, Polşa xüsusi xidmətləri bu insanları sığınacaq təqdim olunma proseduruna buraxmırlar, onlara tibbi yardım göstərilmir və qeyri-qanuni qaçqınların Polşa-Belarus sərhədinə daşınması həyata keçirilir.

Agentliyin xəbər verdiyi kimi, «Utanc» qışqırıqları ilə və “Sərhəddə işgəncələrə yox!”, «Biz inansevər ölkəyik» şüaları ilə bir neçə yüz etirazçı Varşavanın mərkəzi küçələri ilə hərəkət edirlər. Aksiyada ictimai təşkilatlar, o cümlədən insan haqlarını müdafiə edənlər iştirak edirlər.

Təkcə oktyabrın birinci yarısından Polşa sərhəd xidməti 7 mindən artıq qeyri-leqal miqrantı Belarus və Polşa sərhədində qeydə alıb. Miqrantların bir hissəsi sərhədin özündə Belarus və Polşa sərhədçilərinin arasında düşərgə qurub. Varşava isə bildirir ki, miqrantlar Belarus tərəfdədir, neytral zonada yox.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar