"10 ildən artıqdır yaşadığım Xırdalan şəhərində şəhərsalma fəlakətli vəziyyətdədir. Evimizdən 20 Yanvar metrostansiyasına qədər təxminən 10 km məsafəni səhər vaxtları 45-50 dəqiqəyə gedib çıxırıq. Yəni hər saata düşən hərəkət sürəti maksimum 15 kilometrdir".
"AzPolitika.info" xəbər verir ki, bunları tanınmış iqtisadçı Rövşən Ağayev "Facebook"da Xırdalandakı problemlərdən yazarkən bildirib.
Onun sözlərinə görə, 10-20 milyon nəfərin məskunlaşdığı meqapolislərdə bu göstərici bizdən daha yaxşıdır. "Hər gün evimizdən dərsə gedən tələbələrin halına acımaqdan savayı nəsə bacarmıram", - o sözlərinə əlavə edib.
R.Ağayev bildirir ki, tıxacda sərf etdiyi vaxtın yarıdan çoxu uzunluğu cəmi 4-5 km olan Xırdalanın daxilində itir: "Qeyri-rəsmi məlumata görə, 250 min nəfərdən artıq əhalinin məskunlaşdığı bu balaca ərazidə tikinti sürətlə davam edir, amma tələbata uyğun yollar üçün ərazi saxlamaq heç kimin yadına düşmür. Yəqin peşəkar monitorinq aparılsa, məlum olacaq ki, hər hektara düşən əhali sayı normadan 3-5 dəfə çoxdur".
İqtisadçı qeyd edir ki, yollar dardır, hətta ən böyük prospektin eni belə normal 4 zolaqlı yol çəkməyə imkan vermir: "Bu qədər dar yollarda tıxacı artıran, başqa bir nəzarətsizlikdən doğan problem var: istisnasız olaraq bütün dayanacaqlarda taksilər avtobusların yerini zəbt edir. Təbii ki, avtobuslarda dayanacaqda öz yerlərində dayana bilməyəndə yolun hərəkət zolağında dayanmağa, bütün gediş-gəlişi durdurmağa səbəb olur. Bakıda pis-yaxşı Nəqliyyat Agentliyi bunu tənzimləyir, Xırdalanda həmin problemə məsul olan qurumu tapa bilmirəm".

R.Ağayev şəhərdə tikinti normalarının da kobud şəkildə pozulduğunu vurğulayır: "Görürsən ki, 16 mərtəbə bina ucaldılıb, aşağıdan 2 mərtəbədə əlavə tikinti aparmaqla ticarət obyektinə çeviriblər. Hətta insanların hərəkət etdiyi səkilər belə həmin obyektlərin altında qalır. Sonra nə baş verir? Təbii ki, ticarət obyektinə gəliş-gediş çox olduğu üçün həmin ərazidə parkinqlərin yaratdığı fəlakətli tıxac başlayır. Hələ bu harasıdır, bizim küçəyə gələn əsas küçənin bir tərəfində səkini sıra ilə düzülmüş maşın təmiri sexləri, o biri tərəfində isə ard-arda tikilən ticarət obyektləri zəbt edib. Dünyanın qabaqcıl universitetləri "ən pis şəhərsalma keysi" kimi tələbələrə əyani vəsait nümayiş etdirmək istəsə, Xırdalandan hazırlanmış sənədli filmin alternativi yəqin ki, olmaz".
"AzPolitika.info"


Şərhlər
Xırdalan elə bir yerdir ki, burada küçənin düz ortasında ev tikirlər. Nümunə üçün Nizami küçəsini DAIM-ə bitişik gecəqonduları və Hacı Ramizin çörək zavodundan sonra küçənin daralmasını (1 nəfər güclə keçə bilir) göstərmək olar. Yiyəsi sahibi yoxdur, pulunu ver, nə istəyirsən et.
Guya Bakinin hansi yeri shehersalma standartlarina uygundur. ? Ich-iche binalar, olmayan parkingler, berbad daxili yollar, darisqalliq ve s. Bunu butun millet gorur, muvafiq qurumlar gormur? Oz shexsi heyetinde bir dash qoymaq mumkun deyil, derhal "uchastkoviy" bashinin ustunu kesdirir, bu boyda tikintiler kimin raziligi ile aparilir? Insanin bir vicdani olmazmi? Her sichan deshiyi tapan kimi, orada bir goydelen tikilir. Bes , bu sakinler avtomobillerini harada saxlamalidir? Axsham hava almaga hansi sekide gezmelidir? Bunu dushunen yoxdur. Teki , bir kvadratmetr yer tapib, telem-telesik satsinlar . Bu biabirchiligin temelini Hacibala qoydu, hech sorushan olmadi, indi Qaxda kef edir, deyirler.en boyuk derdimiz - cezasizliqdir.
Sizinlə tam razıyam, çox düzgün yazı...
düz!