Menu

YOLUXMA və ÖLÜM SAYINDA ARTIM DAVAM EDİR - Azərbaycanda koronavirus statistikası

27.10.2021, 19:21
YOLUXMA və ÖLÜM SAYINDA ARTIM DAVAM EDİR -  Azərbaycanda koronavirus statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 300 yeni yoluxma faktı qeydə alınıb, 1 248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 522 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 674 nəfər müalicə olunaraq sağalıb, 6 966 nəfər vəfat edib. 27 728 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 175, bu günə qədər isə ümumilikdə 5 144 208 test icra olunub.

Şərhlər

Oxucu 2021-10-27 20:26:35

Koronavirus (COVİD - 19 ) infeksiyasının yoluxma hallarının baş verdiyi bir vaxtda Şəki rayon Mərkəzi Xəstəxanasının girəcəyində Qəzet köşkündə antisanitariya qaydasında peraşki bişirib- satırlar... Qida Agentliyinin yerli qurumları antisanitariya qaydasında peraşki bişirib satılmasına göz yumurlar... Səbəbini özlərindən soruşuq !!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol