Menu

Ermənistanda açıq havada maska taxmaq məcburi oldu

30.10.2021, 16:56
Ermənistanda açıq havada maska taxmaq məcburi oldu

Koronavirusun yayılma riskini azaltmaq üçün noyabrın 1-dən Ermənistanda ictimai yerlərdə maska taxmaq yenidən məcburi olacaq.

Bu barədə ölkə səhiyyə nazirliyinin yaydığı məlumatda vurğulanır. Məlumata görə, oktyabrın 28-də hökumətin iclasında Baş nazir Nikol Paşinyan açıq ictimai yerlərdə maska taxmağın yenidən məcburi olacağını istisna etməyib.

Bundan iki gün əvvəl, oktyabrın 26-da Ermənistanda universitetlər distant təhsilə keçib, məktəblərdə tətil noyabrın 8-dək uzadılıb. Azadlıq Radiosunun erməni xidməti tətilin daha bir həftə uzadılması məsələsinin müzakirə olunduğunu yazır.

Xatırladaq ki, Ermənistanda açıq ictimai yerlərdə maska taxmaq tələbi bu ilin iyununda aradan götürülmüşdü.

Amma ölkədə koronavirusla bağlı vəziyyət son həftələr pisləşib. Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində Ermənistanda 2193 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 52 nəfər isə ölüb. Məlumata görə, pandemiya başlayandan Ermənistanda 6284 nəfər koronavirusdan ölüb. Koronavirusa yoluxmuş daha 1291 xəstə başqa səbəblərdən vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol