Menu

"Ermənistanın təbii sərvətlərimizi talan etməsi ilə bağlı beynəlxalq hüquqşünaslarla birlikdə işlər aparılır" - Nazir

04.11.2021, 15:50
"Ermənistanın təbii sərvətlərimizi talan etməsi ilə bağlı beynəlxalq hüquqşünaslarla birlikdə işlər aparılır" - Nazir

“İşğaldan azad edilən ərazilər 30 il ərzində Ermənistan tərəfindən minalarla zəhərlənib. Mina təmizləmə işlərinin nə qədər çətin proses olduğunu isə hamımız bilirik”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq qurumlar və dost, qardaş ölkələrlə bu istiqamətdə işlər aparır, əməkdaşlıq edir: “Biz təcavüz faktları ilə bağlı olaraq beynəlxalq təşkilatları məlumatlandırırıq. Eyni zamanda hazırda ətraf mühitə dair, təbii sərvətlərin talan edilməsi ilə bağlı azərbaycanlı mütəxəssislər beynəlxalq hüquqşünaslarla birlikdə işlər aparırlar. Bu istqiamətdə də yaxın zamanlarda ölkəmiz tərəfindən müvafiq addımlar atılacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol