Menu

DÜŞMƏN YENƏ TƏXRİBAT TÖRƏDİB - Kəlbəcərdə yol çəkən mühəndis texnikalarımız atəşə tutulub

09.11.2021, 20:08
DÜŞMƏN YENƏ TƏXRİBAT TÖRƏDİB  - Kəlbəcərdə yol çəkən mühəndis texnikalarımız atəşə tutulub

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

"AzPolutika.info" bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Şərhlər

RR 2021-11-10 07:25:32

adekvat yox ! yernen bir elemek lazim idi atesh acilan nôkteni!

Anonim 2021-11-09 22:22:41

Ermeni silahli birlesmelerini ona gore saxliyir ki ruslar arada bize teref ates acsinlar gerginlik sonmesin

t.ədalət 2021-11-09 21:52:26

Nə qədər ki əsil düşmənin-Rusiyanın adı çəkilməyəcək təxribat və teerror bitməyəcək.

Adəm 2021-11-09 21:15:40

Sülhməramlı qüvvələr nə zibilə yariyir bəs?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol