Menu

Yol polisi sürücülərə xəbərdarlıq edib

16.11.2021, 11:22
Yol polisi sürücülərə xəbərdarlıq edib

Bakı Şəhər Dövlət Yol Polis (DYP) İdarəsi hava şəraitinin küləkli və yağışlı keçməsi ilə əlaqədar sürücülərə və hərəkətin bütün iştirakçılarına xəbərdarlıq edib.

DYP-dən daxil olan məlumatda deyilir:

“Hərəkət sürətinin və ara məsafəsinin düzgün saxlanılaraq, yol hərəkəti haqqında təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını, sürücülərin piyadalara, piyadaların isə ümumi yol hərəkəti qaydalarına diqqəti artırmalarını xahiş edirik. Bir daha bütün sürücülərin nəqliyyat vasitələrinin texniki sazlığına, hava şəraitinə uyğunlaşdırılmasına, mövsümü hazırlıq işlərinin başa çatdırılması üçün lazımi tədbirləri həyata keçirməyi xahiş edirik!”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol