İRANDA XUDAFƏRİN İSTERİKASI... - 500 manatlıq əskinasımız qonşu ölkədə niyə qıcıq yaradıb?

Azərbaycanın Zəfər günü münasibəti ilə dövriyyəyə buraxdığı 500 manatlıq əskinas İranda birmənalı qarşılanmayıb. 

Belə ki, bir sıra xəbər portalları Xudafərin körpüsünün İranın milli sərvətləri siyahısına salındığını və bu addımın onların milli-mənəvi dəyərlərinə hörmətsizlik olduğunu iddia ediblər.

Politoloq Nəsimi Məmmədli "AzPolitika.info"ya bildirib ki, İranın bu narahatlığı əsassızdır: "Çünki Xudafərin körpüsü Azərbaycanın tarixi və milli abidələrindən biridir. Bu, bizi İranda yaşayan soydaşlarımızla bağlayan ortaq tarixi bir dəyərdir. Mediada bu kimi iddiaların səslənməsi, İran dövlətinin faktiki olraq Azərbaycanın fəaliyyətində hansısa neqativlər axtarmsından irəli gəlir. Eyni zamanda bu neqativlərdən öz cəmiyyətində Azərbaycana qarşı təbliğat formalaşdırmaq niyyəti güdülür".

Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin rəhbəri Elnur Kəlbizadə isə "AzPolitika.info"ya bildirib ki, İran mətbuatında bu mövzuyla bağlı iddiaların məntiqi yoxdur: "İran media orqanları müxtəlif siyasi qüvvələrə yaxınlılqarıyla seçilirlər. Bu barədə rəsmi açıqlama verilməsə də, medianın Xudafərin körpüsündən narahatlığının heç bir məntiqli izahı yoxdur".

E.Kəlbizadə qeyd edir ki, Xudafərinin hansı ölkəyə aid olması, medianın iradları və İranda yaranan qıcıq əbəs yerədir: "Məsələyə bu prizmadan baxsaq, onda İran pullarının üzərində Səudiyyə Ərəbistanına aid Kəbənin şəkli əks olunub. Deməli, Səudiyyə Ərəbistanıda idda etməlidir ki, İran onların mənəvi dəyərlərinə təcavüz edib? Yaxud, Azərbaycan şairlərinin dəfn olunduğu Təbrizdəki "Şairlər məqbərəs"nin şəkli 20 minlik İran rialının üzərində əks olunub. Onda Azərbaycan idda etsin ki, bu abidə bizə məxsusdur? İran mediasının bu düşüncəsi yanlışdır".

Onun sözlərinə görə, Xudafərin körpüsünün yerləşdiyi coğrafi şərait çox qarışıqdır: "Vaxtilə İran-Sovet sərhədində olması da abidənin vəziyyətinə mənfi təsir edib. Hətta abidəyə qarşı məqsədyönlü şəkildə baxımsızlıqla bağlı iddialarda var".

Politoloq İlyas Hüseynov "AzPolitika.info"ya bildirib ki, bu əskinasların dövriyyəyə buraxılması heç kimi narahat etməməlidir, xüsusən də İranı: "Qarşı tərəfin bu istiqamətdə iddialar irəli sürməsi əsassızdır və bu fikirlərə son qoyulmalıdır. Azərbaycan 44 günlük müharibədə qazandığı uğuru qeyd edir.Bu səbəbdən, əskinasın üzərində bir sıra elementlər əks olunub. Azərbaycan İranla dostluq əlaqələrinin qurulmasında maraqlıdır. Lakin bizim bu xoş münasibətimiz başqa bir formada şərh olunmamalıdır. İran da çalışmalıdır ki, qarşılıqlı fəaliyyətə əsaslanan əlaqələr qursun. Əksinə, bir elementə görə bu kimi çağırışların edilməsi ikitərəfli münasibətləri kölgə altında qoyur və dövlətlər arasında yaranmış münasibətləri zədələyir".

Xatırladaq ki, Qarabağdakı qondarma cinayətkar rejimin milli valyuta kimi 2004-cü ildən dövriyyəyə buraxdığı "10 arstax dramı"nın üzərində də məhz Xudafərin körpüsünün şəkli əks olunub. Amma nədənsə İran mediası bu addımı milli-mənəvi dəyərlərə hörmətsizlik kimi qiymətləndirməyib.

Elvin Bəyməmmədli

"AzPolitika.info"

635x100

Şərhlər

Eli 2021-11-18 23:03:20

Bu iki möhteşem körpü tarixi “İpek yolunun” ğzerinde tikilib be dövrüne göre xüsusi herbi siyasi ehemiyyet daşımışdır.Ermeniler ve xüsüsen farslar emin olsunlar ki yaxın gelecekde bizim o taylı bu taylı vetendaşkarımız öz balaları ile Milli musiqi sedaları altında bir birine qonaq gederler İnşaallah!Heç şübhenizolmasın.

Eli 2021-11-18 22:48:44

Hörmetli Elvin bey sehviniz var.Ermenilerle farsların kökü bir olduğundan ermenilerin “haqqı “ çatır ki saxta dövletinin saxta pulunun üzerinde Türkün körpüsünün şeklini eks etdirsin.Ancaq bu iki gerizekalılar qanmırlar ki,Xudaferin körpüsü danılması mümkün olmayan ve Cenubı Azerbaycanla Şimali Azerbaycanı birleşdiren möhteşem bir tarixi Abide ve tarixi bir faktdır ki onun da müellifi ve icraçıları mehz Azerbaycan Türkleri olubdur ki bunu kimse inkarr ede bilmez.

turan 2021-11-18 16:59:30

fikir vermək lazım deyil. ....hürər, karvan keçər

Roma 2021-11-18 16:25:56

Adına İslam sözü də əlavə edilən, əhalisinin 99%-dən çoxu müsəlman olan İran dövləti, bəs erməninin Qarabağ və ətrafdakı işğal rayonlardakı məscidlərdə donuz saxlamaları sizi niyə qıcıqlandırmır??? Deməli sizin müsəlmançılığınız da müəmmalıdır, burada söhbət sadə xalqdan yox dövlətin siyasi rəhbərliyindən gedir...

t.ədalət 2021-11-18 13:32:12

Biz,beynəlxalq konfranslar və digər tədbirlər keçirməli,Xudafərini qədim Azərbaycan abidəsi kimi təbliğ etməliyik.Türklərə məxsus milli abidələrə hakimiyyətin qısqanc münasibətini dəyişməliyik.Təkcə İran deyil,içimizdəki kürdlər də bizim tariximizə qısqanclıqla yanaşır.Deyilənə görə,Milli akademiyada da qədim türk tarixinə,hətta Əlibəy Hüseynzadə irsinə çox soyuq bir münasibət sərgilənir.İ.Həbibbəylinin əli ilə Ə.Hüseynzadəni təftiş edən yazılar mətbuata ötürülür.

Roma 2021-11-18 12:42:12

Məsələnin incəliyinə fikir verin, Xudafərin körpüləri Azərbaycanı İranla, daha doğrusu Cənubi Azərbaycanla birləşdirir, bu İranı qıcıqlandırır, Xudafərinin erməniyə aidiyyatı olmasa da, erməninin pulunun üstündəki Xudafərinin şəkli isə İranı qıcıqlandırmır və əksinə farsın sinəsinə yağ-bal kimi yayılır...

Son yazılar