BU GÜN ŞƏHİD LEYTENANT MİRLƏTİF AĞAYEVİN DOĞUM GÜNÜDÜR - FOTOLAR

Bu gün İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olmuş Şəhid leytenant Mirlətif Mirislam oğlu Ağayevin doğum günüdür. 

“AzPolitika.info” xəbər verir ki, o, 20 noyabr 1990-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 

1997-ci ildə Göytəpə şəhər 1 saylı tam orta məktəbdə təhsilinə başlayıb, 2008-ci ildə həmin məktəbi bitirib. Elə həmin il Tibb Universitetinə daxil olub, 2013-cü ildə ali təhsilini başa vurduqdan sonra isə hərbi xidmətə yollanıb. O, Ordu sıralarında zabit kimi xidmət edərək 2015-ci ildə ehtiyata buraxılıb.

Azərbaycan Ordusunun leytenantı olan hərbi-tibb qulluqçusu Mirlətif Ağayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. 247 yaralı əsgəri, 20 şəhidi döyüş meydanından çıxarıb. 

Özü isə oktyabrın 26-da Qubadlı döyüşləri zamanı şəhid olub. Noyabr ayının 7-də ata yurdu olan Ləkin kəndində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirlətif Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

“AzPolitika.info”




635x100

Şərhlər

Anar Əhmədov 2021-11-20 16:34:10

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Amin!!!!

Son yazılar