Menu

"Zəlzələlər nəticəsində dağıntı və tələfat qeydə alınmayıb" - Şamaxı RİH

20.11.2021, 20:07
"Zəlzələlər nəticəsində dağıntı və tələfat qeydə alınmayıb" - Şamaxı RİH

Şamaxı rayonunda baş verən zəlzələlər nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

Bu barədə APA-nın yerli bürosuna Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, bu gün baş verən zəlzələr nəticəsində Şamaxı ərazisində dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb.

Qeyd edək ki, bununla bağlı rayon icra hakimiyyətinin rəsmi “Facebook” səhifəsində də məlumat yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol