Menu

Rusiya XİN Soçi görüşündən gözləntiləri açıqlayıb

26.11.2021, 15:19
Rusiya XİN Soçi görüşündən gözləntiləri açıqlayıb

“Biz gözləyirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətlər müəyyənləşəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bizim gözləntimiz Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilə bağlıdır. Görüş 2020-ci il noyabrın 10-da imzlaanmış atəşkəs sazişinin nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır”, - nazir müavini vurğulayıb.

Diplomat bildirib ki, görüşün əsas məqsədlərindən biri də sərhədlərin müəyyənləşdirilməsi ilə bağlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol