Menu

Həlak olan zabitlər Qarabağ müharibəsinini qəhrəmanlarıdır - Prezident onları təltif edib

30.11.2021, 21:31
Həlak olan zabitlər Qarabağ müharibəsinini qəhrəmanlarıdır - Prezident onları təltif edib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi nəticəsində həlak olan zabitlərin bəziləri İkinci Qarabağ müharibəsində göstərdikləri igidliyə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən orden və medallarla təltif edilib, rütbələri artırılıb.

Belə ki, polkovniki Nəzirov Emil Nəzir oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib, habelə ona polkovnik hərbi rütbəsi verilib.

Mayor Həsənov Elmir Mircəlil oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Kapitan Bayramlı Cavid Əhliman oğlu isə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol