Menu

"Silah arsenalımız ən yeni, müasir silahlarla təchiz olunur" - Mədət Quliyev

02.12.2021, 11:42
"Silah arsenalımız ən yeni, müasir silahlarla təchiz olunur" - Mədət Quliyev

"Biz bir çox ölkələrdə silah satışı və alışı ilə bağlı müqavilələrimiz var".

Bunu APA-ya açıqlamasında müdafiə-sənayesi naziri Mədət Quliyev deyib.

Nazir bildirib ki, müqavilələrin çoxu məxfi olduğundan bununla bağlı məlumat verə bilmir: "Müdafiə Sənayesi Nazirliyi ilə inkişaf etmiş dövlətlər arasında müqavilələr var. Prezident İlham Əliyev 2050-ci ilə qədər istifadə oluna biləcək silahların üstündə işləməklə bağlı tapşırıq verib. Silah arsenalımız ən yeni, müasir silahlarla təchiz olunur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol