"GÜNAHKARI MÜƏYYƏN EDƏRƏK CƏZALANDIRIN" - İctimai Şura Tofiq Yaqublu ilə bağlı DİN-ə çağırış etdi

Daxili İşlər Nazirliyi yanında İctimai Şura dekabrın 1-də Bakı şəhərində Fəvvarələr meydanı ərazisində keçirilən aksiyada baş verənlər və saxlanılan şəxslərə bağlı DİN-ə müraciət edib.

Müraciətdə deyilir: "Dekabrın 1-də Bakı şəhərində Fəvvarələr meydanı ərazisində müvafiq qaydada razılaşdırılmayan aksiyanın keçirilməsinə cəhdin qarşısının alınması zamanı bir qrup şəxsin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb. Saxlanılan şəxslər arasında xəsarət alanların olması ilə bağlı gün ərzində sosial şəbəkələrdə foto və video materiallar yayılıb. Saxlanılan şəxslər arasında olan Tofiq Yaqublunun KİV-də yayılan görüntülərindən onun fiziki təzyiqə məruz qalması aşkar görünür.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura hesab edir ki, polis razılaşdırılmayan aksiyalar zamanı ictimai qaydanı qorunması və ictimai təhlükəsizliyi təmin edilməsi vəzifəsini yerinə yetirərkən insan hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görməlidir. Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyi indiki zamanda Tofiq Yaqubluya qarşı zor tətbiq edilməsi ölkəmizin nüfuzunun aşağı salınmasına hesablanmış davranış da ola bilər.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş verənlərin obyektiv və hərtərəfli araşdırılmasına, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməsinə, günahkarların müəyyən edilərək cəzalandırılmasına çağırır".

"AzPolitika"

635x100

Şərhlər

Veten dashi 2021-12-03 10:32:03

DİN əğər lazımi tədbir görməyəcəksə ,bu İctimaətin böyük qəzəbinə səbsəb olacaq. Cəmiyyət böyük bir hiisəsi haqlı olaraq ünvana qeyri-etik ifadələrlə cavab verməkdə haqlıdır...

miri 2021-12-03 08:44:46

Cagiriş olunması bəyəniləndir. Amma araşdirilma aparılması və məlumat verilməsi isə mümkünsüz. Cünki əmri icra edənlər əmr sahibini "ələ verə" bilərlər.

Memmedqulu 2021-12-03 07:27:35

A mashallah a cart

Əsgər 2021-12-02 23:17:41

Əmr verən istefa verməlidir. Polisə əmr verir o da qanmır öz millətini erməni kimi döyür. Bəlkə də o döyənlər elə ermənidiurlər. Damarlarından millət qanı axan bunu etməz

Fazil 2021-12-02 22:57:37

Din-de kadr seecimi zamani milliyyete diqqe edilməlidir....

Son yazılar