Menu

Sülhməramlılar Qarabağda ermənilərlə birlikdə üzüm bağı salır - FOTO

04.12.2021, 20:05
Sülhməramlılar Qarabağda ermənilərlə birlikdə üzüm bağı salır - FOTO

Rusiyanın Qarabağdakı hərbi kontingenti Xankəndidə erməni rəssama heykəl qoyduqdan sonra ermənilərin üzüm bağlarında işləməsinin qayğısına qalmağa başlayıb. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, Əsgəran rayonunda məskunlaşmış ermənilər sülhməramlılara müraciə edərək, kənd təsərrüfatı işlərini həyata keçirərkən onların təhlükəsizliyini təmin etmələrini istəyiblər.

“Hazırda üzüm tinglərinin köçürülməsi işləri gedir”, - Rusiya hərbi kontingentinin nümayəndəsi Aleksey Zayçev bildirib. Qeyd olunur ki, sülhməramlılar əraziləri partlayıcı maddə və minalardan təmizlədikdən sonra üzüm tinglərinin basdırılmasına başlanılıb.

Yay aylarında ermənilərə taxıl biçinində kömək edən rus sülhməramlılar indi Azərbaycan dövlətinin icazəsi olmadan torpaqlarımızda ermənilərin üzümlük salmasına yardım edirlər. Bunun özü də ölkə qanunlarının pozulmasıdır.

Qeyd edək ki, Əskəran rayonu 26 noyabr 1991-ci ildə ləğv edilib və ərazisi yeni yaradılan Xocalı rayonuna birləşdirilib. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmaya əsasən, bu ərazilər müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin təsir zonasına daxil edilib. Ancaq xəbərdə Xramort kəndindən bəhs olunur ki, bu kənd Ağdam rayonunun ərazisinə daxildir.

Şərhlər

t.ədalət 2021-12-04 23:51:01

Bizim hakimiyyətin əzizx-giramisi Putinin nələr düşündüyü hələ sonralar bəlli olacaq.Rusiya heç vaxt indiyə kimi düşmən gördüyü Azərbaycanın yanında olmayacaq.Söhbət ermənilərdən getmir.Əsil düşmənimiz Rusiya dövləti və Putindir.ermənilərin qanına bulaşıq kadrların vəzifədən uzaqlaşdırılması baş verməsə çox təhlükəli hadisələrlə qarşılaşacağıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol