Putin və Bayden arasında danışıqlar keçirilib - VİDEO (Yenilənib)

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında ilk dəfə telekonfrans formatında keçirilən ikitərəfli danışıqlar başa çatıb. Görüş iki saatdan bir qədər artıq davam edib.

Liderlərin söhbəti zamanı Ukrayna ətrafındakı vəziyyət və NATO-nun şərqə doğru genişlənməsi, strateji sabitlik məsələləri və ikitərəfli gündəlik müzakirə olunub. Həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxunulub.

Qeyd edək ki, iki lider arasında bugünkü görüş Baydenin ABŞ prezidenti vəzifəsinə gəlişindən bəri beşincidir. Bundan əvvəl iki dövlətin başçıları üç dəfə telefonla danışıb, iyunun ortalarında isə Cenevrədə təkbətək görüş keçiriblər. Təkbətək söhbət iki saata yaxın davam edib və hər iki tərəfin fikrincə, konstruktiv olub.

***

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden ilk dəfə telekonfrans formatında keçirilən ikitərəfli danışıqlara başlayıblar.

"Report" TASS-a istinadla xəbər verir ki, liderlərin Ukrayna ətrafındakı vəziyyəti və strateji sabitlik məsələlərini müzakirə edəcəyi gözlənilir. Onlar həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxuna bilərlər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Putinlə Bayden arasında ünsiyyət kifayət qədər uzun davam edə bilər.

İki lider arasında bugünkü söhbət Baydenin Amerika prezidenti vəzifəsinə başlamasından bugünədək beşinci söhbətdir. Bundan əvvəl iki dövlətin başçıları üç dəfə telefonla danışıblar, iyunun ortalarında isə Cenevrədə təkbətək görüş keçiriblər. Təkbətək söhbət iki saata yaxın davam edib və hər iki tərəfin fikrincə, konstruktiv olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar