Menu

Ərdoğan Qarabağda türk hərbçilərini aktivləşdirir

12.12.2021, 11:06
Ərdoğan Qarabağda türk hərbçilərini aktivləşdirir

Türkiyə və Rusiya prezidentlərinin sonuncu telefon söhbətində Ərdoğan Putinə bildirdi ki, "Qarabağda vəziyyətə nəzarət etmək üçün Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin imkanlarından istifadə edilməlidir”.

Siyasi şərhçi Asif Nərimanlının fikrincə bu, Türkiyənin mərkəzlə bağlı istəyini ilk dəfə açıq şəkildə dilə gətirməsi idi: "Ardınca Ankara Mərkəzlə bağlı iki addım atdı:

- Türkiyənin dövlət televiziyasının (TRT) əməkdaşı Mərkəzə ezam olundu: Mərkəzin fəaliyyətə başlamasından indiyə qədər ermənilərin atəşkəsi minimum 203 dəfə pozduğu açıqlandı və bununla türk hərbçilərin fəaliyyəti təqdim edildi;

- Türkiyənin Azərbaycandakı səfiri Bağcı və hərbi ataşesi general Zəkəriyə Yalçın Mərkəzi ziyarət etdi;

Azərbaycan torpaqlarında rus sülhməramlıları və onların himaya etdiyi separatçıların əl-qolunu bağlamağın hələki yeganə yolu türk hərbçilərinin fəaliyyətini aktivləşdirmək və nəzarət məsələsində balansı tarazlamaqdır. Ərdoğanın etmək istədiyi budur. Və Bakı ilə Ankara sərhədin delimitasiya-demarkasiyasından sonrakı dövrə hazırlıq görür.

Bundan sonra Mərkəzin, xüsusilə Mərkəzdəki türk hərbçilərin daha aktiv fəaliyyətini görə bilərik".

Şərhlər

t.ədalət 2021-12-12 13:30:41

Canımız Türkiyə,nə yaxşı ki varsan! Tezliklə Azərbaycanı bloklayan rustəhsilli zabitlərdən də qurtulacaq,regionun əmin-amanlığına qovuşacağıq.Məlumdur ki,Rusiyada təhsil alan zabitlər durduqca bizim qələbələr heçə enə bilər.Onlara son qoymağı,Allah bizə nəsib etsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol