Menu

Əfqanıstan hakimiyyəti milli valyutanın məzənnəsini sabitləşdirməyə çalışır

15.12.2021, 19:18
Əfqanıstan hakimiyyəti milli valyutanın məzənnəsini sabitləşdirməyə çalışır

«Əfqanıstan İslam Əmirliyi» hakimiyyəti (ƏİƏ) milli valyutanın məzənnəsinin enməsinin qarşısını almağın yolunu tapmağa çalışır. Bu ərəfədə Kabildə Prezident sarayında nazirlər şurasının iclası keçirilib. İclasda bir sıra təkliflər işlənib hazırlanıb.

Bu barədə «Ariana News» nəşri xəbər verib.

Əmirliyin rəsmi nümayəndəsi İnamulla Samanqaninin sözlərinə görə, Şura Əbdul Salam Hənəfinin başçılıq etdiyi iqtisadi komissiyaya tapşırıb ki, Əfqanıstan valyutasının ABŞ dollarına nisbətən məzənnəsinin sabitləşdirilməsi üçün təcili tədbirlər görsün.

«Komissiyaya həm də tapşırılıb ki, dollar qaçaqmalçılığının qarşısının alınması, saxta əfqan valyutasının yayılmasının və milli valyutanın dəyərinin enməsinə neqativ təsir göstərən faktorların aradan qaldırılması üçün ciddi addımlar atsın» - Samanqani Tvitterdə yazıb.

Əfqanıstan Mərkəzi Bankının nümayəndələri valyutadəyişmə məntəqələrinin sahibləri və kommersiya banklarının başçıları ilə məsləhətləşmələr təşkil ediblər. Bu ümidlə əfqanın kursunun sabitləşdirilməsinin yolunun tapılmasını arayıblər. Son həftələr əfqanın ABŞ dollarına nisbətən ucuzlaşması qeyd edilib. Bu ucuzlaşma iqtisadi və humanitar böhran fonunda dərinləşir. Bu, artıq bir sıra malların, o cümlədən ilkin tələbat mallarının, ərzaqın və yanacağın qiymətinin sürətlə qalxmasına səbəb olub.

Sarayi Şahadə (Əfqanıstranın böyük valyuta bazarı) Valyutadəyişmə ittifaqının rəsmi nümayəndələri bəyan ediblər ki, əfqanın kursu 123/1 dollar təşkil edib və gün ərzində 10 mövqeyə enib. Bir ay əvvəl o, 90 əfqandan aşağı olub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol