“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə “Narkomaniya insanlığın faciəsidir” adlı son layihəsini 14 dekabr 2021-ci il tarixində Şirvan şəhərində keçirib.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində keçirilən tədbiri giriş sözü ilə RİH-in məsul işçisi Rəfael Nəsirov açaraq mövzunun əhəmiyyəti haqqında qısa məlumat verdi. Sonra narkotiklərin acı nəticələrindən bəhs edən Videoçarx nümayiş etdirildi.
Təşkilatın nümayəndəsi Tələt Qəribov, rayon xəstəxanasının həkimi Dilavər Qurbanov, rayon Ağsaqqallar şurasının sədri Fəxrəddin Rəhimov, kollecin tərbiyə işləri üzrə müavini Aidə Əsədova çıxış edərək narkotiklərin fəsadları haqqında, onun ailədaxili cinayətlərin yaranmasının, ailələrin dağılmasının əsas səbəbkarı olduğunu qeyd etdilər. Sonda tələbələrin bu mövzu üzrə təklifləri dinlənildi.


Şərhlər