Bakıda səs yazısı yayılan məktəb direktoru ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Xatırladaq ki, "ARB" televiziyasında efirə verilən səs yazısında təhsil müəssisəsinin rəhbəri müəllimlərə toplanmalı olan vəsaitin gecikdiyini xatırladır və açıq şəkildə təzyiq göstərərək bu işi tezləşdirməyi tapşırır. Qeyd olunur ki, müəllimlərin vatsap qrupunda paylaşılan səsdə Valideyn-Məktəb Assosiasiyasının (VMA) üzvlük haqlarının yığılması tələb olunur. Daha sonra direktor sinifləri sadalayaraq sinf rəhbərlərinə deyir ki, pulları öz cibinizdən ödəyin, daha sonra valideynlər yığıb qaytarar.

Səs yazısı Bakı şəhər 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyrah Kuliyevaya məxsusdur. Məlumatlı mənbə "AzPolitika.info"-ya bildirib ki, o, Baş nazirin keçmiş müavini Abid Şərifovun bacısı qızıdır. Həmçinin keçmiş təhsil naziri Misir Mərdanovun da ən yaxın adamlardan biri olub.
Mənbə qeyd edib ki, C.Kuliyevanın haqqında bəhs etdiyi Valdeyin-Məktəb Assosiasiyası tamamilə qeyri-qanuni qurumdur və məktəblərdə pul toplayıb direktorlarla bölüşdürmək üçün yaradılıb.
Xatırladaq ki, Bakı Şəhərə Təhsil İdarəsi səs yazısının Ceyran Kuliyevaya məxsus olduğunu təsdiq edib və onun haqqında araşdırma aparıldığını açıqlayıb.
"AzPolitika.info"


Şərhlər
Ayə, bu Şarifovun digər bacı uşaqları yoxmu ki, onlara da pul toplasınlar? Ay müəllif, bəs həmin pullar hansı məqsədə toplanırmış?
Bütün məktəblər və dövlətimiz üçün əcəb xarakterik yazıdır. Sanki, təsdiq olunmuş yığcam proqramlarla təlim-tərbiyə və tam orta təhsil verəcək ilkin cəmiyyət ocaqlarımızı da özgə sevdalılar məhv ediblər? Hələ bir utanmadan birləri 9 illik, digərləri 12 illik, kimləri də nə dəeslik gəldi proqramlara (yersiz söz olsa da) zorla soxuşdurublar?
Biyabrciliq elden qedirik , saxlayanda yoxdu ! korrupsiya axrimiza cixacaq ,,,,
Ne arashdirir ki, ? maraqlidi
Assosiasiya mövcüddür,lakin üzvlük haqqı yoxdur orda.Rüşvət alır,bunu üzvlük haqqı sözü ilə pərdələyir.