Menu

AZAL rəsmisi ABŞ-da 1.3 milyon manata ev alıb - FOTOLAR

20.12.2021, 15:23
AZAL rəsmisi ABŞ-da 1.3 milyon manata ev alıb - FOTOLAR

Azərbaycanda məmurların xarici ölkələrdə illik maaşlarını min dəfələrlə üstələyən qiymətlərə mülk almaları artıq çoxdan adi hala çevrilib. Son olaraq, sabiq XİN başçısı Elmar Məmmədyarovun Nyu-Yorkda 4.2 milyon dollara aldığı mənzillərlə bağlı ABŞ məhkəməsində baxılan iş barədə məlumatlar yayılmışdı. Bu dəfə isə Azərbaycan Hava Yollarının (AZAL) vəzifəli şəxslərindən birinin ABŞ-da qiyməti 1.3 milyon manatdan çox olan mənzil almasına dair məlumat yayılıb.

“AzPolitika.info” xəbər verir ki, jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə səhifəsində bununla bağlı məlumat paylaşıb: “Elnur Ələkbərov 2017-ci ildə Nyu-Yorkda AZAL-ın törəmə müəssisəsi kimi qeydiyyata alınmış AZAL TRAVEL INC. şirkətininin direktorudur.

AZAL-ın Amerikadakı təmsilçisi bu ilin iyununda Nyu-Yorkda qiyməti 790 min dollar (1.3 milyon manat-red.) olan mənzil alıb. Şəhərin 3567 Shore Pkwy #H3A, Brooklyn, NY 11235 ünvanında yerləşən mənzili AZAL-ın təmsilçisinə türk əsilli nyu-yorklu Akgök ailəsi satıb.”

AZAL-ın fəaliyyətindən, qiymətlərin bahalığından, bu qurumda yol verilən korrupsiya hallarından, qaranlıq tender əməliyyatlarından və s. çoxsaylı şikayətlər fonunda bu məlumatda qeyd edilənlər məntiqli görünür. Əlbəttə ki, fəaliyyəti çoxsaylı suallar doğuran bu qurumun heç də ən yüksək vəzifəli təmsilçiləri sırasında olmayan və sadəcə, Nyu-York bölməsinə rəhbərlik edən E.Ələkbərovun 1.3 milyona ev alması da təbiidir. İndi təsəvvür edin ki, hələ AZAL-ın baş ofisində oturanların nələri var…

“AzPolitika.info”

Şərhlər

Mahir 2021-12-20 20:30:58

Üzündən bilinir ki gözəl insandı

Azay 2021-12-20 17:41:40

"Azal" bu məbləğləri özbaşına alıb, xərcləyir? Hər sərmaya yüksək gəlir üçün ötürülür. Bir də ki, hər bir uçağın dəyəri yüz milyondan yuxarıdırsa Azərbaycanın UÇUŞ nümayəndəliyi üçün bir milyon ABŞ dolu cüzi məbləğ deyilmi?

turan 2021-12-20 15:33:54

hamı dağıdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol