Rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəniyevin (Əjdər Ol) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanın təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, Əjdər Cəbiyev (Ol) nazirliyin sabiq aparat rəhbəri olmaqla yanaşı yazıçı kimi fəaliyyət göstərib.
Əjdər Ol nazirlikdə Səlim Müslimovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləyib.


Şərhlər
Mən, Əjdər Olu Normal bir şair-publisist kimi tanıyıram və yaradıcılığına hörmətlə yanaşıram. Ancaq, onun böyük bir Nazirliyin, Xalq üçün həyatı əhəmiyyəti olan bir Nazirliyin, aparat rəhbəri (faktiki Nazirlıkdə 2-ci adam) kimi işləməsinə pis baxmışam. Belə ki, yaradıcı adamsan, yaradıcılıqla məşğul ol və ya işləmək istəyirsənsə işlə, nisbətən kiçik vəzifədə, daha Nazirliyi "Rüşvət Poliqonuna" çevirmə. Səlim özü kasıb bir ailədən çıxmış, ac-yalavacın birisi, (elə səndə onun tayı) vaxtilə institutun yataqxanasında yaşamış birisinə qoşulub, başladınız milləti "qırxmağa". Yenə iştahanız az olsaydı deyərdik dərd yarı, birdən-birə başladınız "boş çalalar" doldurmağa, nəticəsi də bu. El misalında deyilir: "Aftafa görməyən arxa, görəndə səs edir". Bir sözlə Allah qapınızı açsın, ancaq şəxsən mən bağışlamıram, millətin puluna əl uzadanları...