Menu

"Hər gün insanlar 2-4 saat tıxacda qalırlar..." - "Gəlib izahat versinlər"

30.12.2021, 14:19
"Hər gün insanlar 2-4 saat tıxacda qalırlar..." - "Gəlib izahat versinlər"

"Hər gün insanlar 2-4 saat tıxacda qalırlar, əvvəllər pik saatlar olurdu, indi pik saat anlayışı da yoxdur. İstənilən an tıxacda qalırsan". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, bu istiqamətdə məsuliyyət daşıyan qurumların bu problemin gələn il necə həll olunacağı ilə bağlı izahat verməsini gözləyirik: "İntellektual idarəetmə əvəzinə primitiv cərimə yığmaq yolunu seçdik. İctimai nəqliyyatın strukturu genişləndirilmədi, bu sahəni inkişaf etdirə bilmədik".Deputat diqqətə çatdırıb ki, məmurun işi səhər saat 9-da başlayırsa, o, saat 7-dən yola çıxır: "Biz bu istiqamətdə düşünməliyik. Gələn ili "Bakı şəhərinin xilası ili" kimi qeyd etməliyik. Necə edək ki, insanlar tıxacda vaxt itirməsinlər, insanlara yol xəritəsi təqdim olunsun".

Şərhlər

elchin 2021-12-30 17:34:09

Saq ol Fazil bey- cox duz deyirsiniz- tixaclari yol polisleri qesden yaradirlar ki - daha cox qayda pozuntusu olsun ve daha cox cerime yazsinlar. Bir polise niye yollari baqlamisiniz sualini verdim dedi ki kefimiz ,bele isteyir,

A. FeyzullayevOxucu 2021-12-30 15:17:19

Tamamilə doğru deyilib. Bu sahədə təcili və çox ciddi tədbirlər görülməli, səriştəsiz və ən əsası məsuliyyətsiz işçilər (məmurlar) kənarlaşdırılmalı və cəzalandırılmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol