TANKÇI ŞƏHİD MAQSUD MƏMMƏDOVUN DOĞUM GÜNÜDÜR - Fotolar

Bu gün şəhid Məmmədov Maqsud Vüqar oğlunun doğum günüdür.

M.Məmmədov 1992-ci il yanvarın 1-də Göygöl rayonunda anadan olub. Atası Vüqar Məmmədov 1 Qarabağ döyüşləri iştirakçısı olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Maqsud Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Maqsud Məmmədov 08 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhid olub. Tovuz rayonunun Koxa Nəbi kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Maqsud Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Maqsud Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Maqsud Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

KAMAL 2022-01-02 01:51:15

Allah rəhmət eləsin, qəbri nurla dolsun.

JJ 2022-01-01 14:31:47

Allah Rehmet Elesin!

Son yazılar