Menu

KORONAVİRUSUN YENİ ŞTAMMI YAYILMAĞA BAŞLADI... - Fransada tapılıb

04.01.2022, 10:26
KORONAVİRUSUN YENİ ŞTAMMI YAYILMAĞA BAŞLADI... - Fransada tapılıb

Fransanın Marsel şəhərində koronavirusun yeni ştammı aşkarlanıb. Bu barədə Marsel İnfeksion Xəstəliklər İnstitutunun (IHU) alimləri bildiriblər. Onların bununla bağlı araşdırması “MedRxiv” portalında dərc olunub.

Araşdırmaya görə, B.1.640.2 kimi qeydiyyata alınan koronavirusun yeni variantı Kamerundan qayıdan bir şəxsdə müəyyən edilib. Hazırda 12 nəfər bu ştamma yoluxub.

Alimlər virus genomunun təhlili zamanı 46 mutasiya aşkar ediblər. Yeni variant “IHU” (Universitetin adına uyğun olaraq) adlandırılıb.( RİA Novosti

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol