Qışda hansı meyvələr yeyilməlidir? - HƏKİM MƏSLƏHƏTİ

Təzə meyvələri il ərzində, o cümlədən qışda yemək lazımdır. Bu, ürək-damar xəstəlikləri riskini aşağı salır, immuniteti möhkəmlədir, endokrin və həzm sistemlərinin pozulmasının qarşısını alır.

Bu barədə dietoloq-həkim, Sankt-Peterburq Tibb Universitetinin dosenti Andrey Bobrovski danışıb.

Onun sözlərinə görə, təzə meyvələrin müsbət təsiri ondadır ki, onların tərkibində, necə deyərlər, suda həll olmuş vitaminlər var. «Bunlar elə sinif vitaminlərdir ki, insan orqanizmində uzun müddət qalmırlar. Onların ehtiyatını yaratmaq qeyri-mümkündür, onları yalnız meyvə və tərəvəzdən almaq olar» - mütəxəssis qeyd edib.

Onun fikrincə, meyvələrin tərkibində olan kletçatka profilaktika üçün əvəzolunmazdır, o, müasir insanın qidalanmasının əvəzolunmaz komponentidir.

«O, ateosklerozun güclü profilaktikasını həyata keçirir, deməli, həm də ürək-damar xətəliklərinin, artıq çəkinin qarşısını alır, ona görə kletçatka ilə zəngin olan bütün qida toxluq hissi yaradır və insan az qida ilə kifayətlənir» - Borovski izah edir.

O, xəbərdarlıq edir ki, rasionda meyvə defisiti orqanizmə neqativ təsir göstərə bilər. «Meyvə çatışmazlığı ilk növbədə immunitetin düşməsi, xroniki xəstəliklərin kəskinləşməsi, hormonal pozuntularla, həzm pozuntusu və maddələr mübadiləsinin pozulması, həm də ümumi tonusun düşməsi ilə təhlükəlidir. Məlum qüssəli qış əhvalı böyük nisbətdə, meyvələrdən alınan vitamin və mikroelement defisiti ilə əlaqəlidir» - həkim hesab edir.

O, qışda hansı meyvələrə üstünlük verilməli olduğunu da deyir. «Qışda müxtəlif rəngl meyvələr qəbul etmək lazımdır. Diqqəti bircə meyvəyə cəmləşdirən adam mikroelementlərin və kletçatkanın tam olmayan tərkibini qəbul edir. Arzu olunandır ki, bu və ya digər ölkələrdə yetişən mövsümi meyvələr seçilsin. Qışda qəbul ediləsi klassik meyvə isə - mandarindir» - Bobrovski dəqiqləşdirir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar