Hansı ərzaqları suermarketlərdən almaq məsləhət deyil - DİETOLOQ SADALAYIR

Supermarketlərdə satılan bütün ərzaq məhsullarının hamısını oradan almaq məsləhət deyil. Piştaxtadan alınan ərzaqlar sağlamlıq üçün təhlükəli ola bilər. Onların adlarını nutrisioloq Anna Drobışeva sadalayıb.

RİA «Novosti» xəbər verir ki, Drobışeva ilk növbədə pasterizə olunmuş südürafinə olunmuş yağı almağı məsləhət bilmir. Pasterizasiya süd zülalının şəklini dəyişir, nəticədə orqanizm onu «tanımır» və düşmənə olduğu kimi hücum edir. "Məhz pasterizasiya səbəbilə, əhalinin 75 faizində laktoza qəbuledilməzliyi baş verir" - Drobışeva dəqiqləşdirib.

Rafinə və dezodorinasiya olunmuş yağ güclü kanserogendir və özünün molekulyar strukturuna görə plastiki xatırladır. Belə ərzaqlardan istifadə ateroskleroza gətirib çıxardır.

Drobışeva həm də şirin yoqurtları məsləhət görmür, onlara aludə olmuş insanlarda piylənmə baş verir və diabet əmələ gəlir. Daha bir faydasız ərzaq - tez hazırlanan sıyıqlar, onlarda kletçatka olmur.

Dietoloq izah edir ki, ÜST-ün tövsiyəsinə görə, sağlamlıq üçün sutkalıq şəkər norması 25 qram təşkil edir, şirin yoqurtun tərkibində isə 19 qramdır - başqa sözlə, gündəlik normaya yaxın.

Tez bişən yarmalarda kletçatka olmur - o, orqanizmi zərərli maddələrdən təmizləyir. Belə sıyıqlar yalnız iştahı qaldırır, orqanlara zərər vurur və dərinin qocalmasını sürətləndirir.

Toyuq əti və ya pasterizə olunmuş şirələrin tərkibində də zərərli maddələr olur. Toyuq əti ucuz olsun deyə, bir çox istehsalçılar onu hormon və antibiotiklərlə «yükləyirlər». Belə toyuq əti patogen mikroorqanizmlər üçün komfortlu mühitdir. Bu mikroblar hətta dondurulmuş ətdə də yaşayırlar.

Paketlənmiş şirələr isə yalnız rəng maddəsindən, şəkərdən və konservantdan ibarət olur.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar