Menu

"Avropa müharibə təhlükəsi ilə üzləşib" - ATƏT sədri

13.01.2022, 20:11
"Avropa müharibə təhlükəsi ilə üzləşib" - ATƏT sədri

Avropa son 30 il ərzində ən böyük müharibə təhlükəsilə üz-üzə qalıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdəki sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.

Rusiyanın adını çəkməyən diplomat bu ölkənin iştirak etdiyi iddia edilən bir sıra münaqişələri sadalayıb: “Son həftələr biz Şərqi Avropada böyük hərbi eskalasiya ehtimalı ilə üzləşmişik”.

“Ukrayna ətrafındakı münaqişənin dinc yolla həllinə diqqət yetirməliyik”, - polşalı nazir qeyd edib.

Z.Rau Ukraynanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə tam şəkildə hörmət olunmasına çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol