Menu

Estoniya, Latviya və Litva NATO-ya müraciət etdi: “Hərbi mövcudluğunuzu artırın”

14.01.2022, 00:02
Estoniya, Latviya və Litva NATO-ya müraciət etdi: “Hərbi mövcudluğunuzu artırın”

Baltik ölkələri xahiş edirlər ki, NATO alyansın hərbi iştirakını onların ərazisində artırsın.

Bu barədə Estoniyanın Baş naziri Kaya Kallas bəyan edib («Röyter»).

Onun sözlərinə görə, NATO-nun iştirakının artırılması çəkindirici faktor olmalıdır. Bu məsələyə artıq gələn ay baxıla bilər.

KİV-lər yazırlar ki, NATO-nun iştirakının artırılmasını Baltik ölkələri alyansın Rusiya ilə danışıqları fonunda xahiş ediblər.

Xatırladırıq ki, bu gün NATO və Rusiya nümayəndə heyətlərinin məsləhətləşməsi baş tutub.

Məsləhətləşmələr 4 saata yaxın davam edib. İclas Rusiya və Qərb ölkələrinin Avropada təhlükəsizlik üzrə Rusiyanın təklifinin müzakirəsinin ikinci mərhələsi olub. Birinci mərhələ - Rusiya və ABŞ danışıqları yanvarın 10-da Cenevrədə keçirilib.

Qeyd edək ki, Baltik ölkələri NATO-ya 2004-cü ildə daxil olublar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol