Zeytun yağı xərçəngdən ölüm riskini azaldır - Amerikalı alimlər

Gündəlik zeytun yağı istifadə etmək xərçəngdən, ürək-damar, neyrodegenerativ və digər xəstəliklərdən ölüm riskini aşağı salır.

Çan adına Harvard İctimai səhiyyə məktəbinin alimləri, başda doktor Marta Quaş-Ferre olmaqla, bu nəticəyə gəliblər (Journal of the American College of Cardiology).

Tədqiqatın gedişində müəyyən olunub ki, gündə 0,5 xörək qaşığı və ya 7 qram zeytun yağı istifadə edənlər arasında ürək-damar xəstəliklərindən ölüm riski 19,0 faiz, xərçəngdən ölüm riski 17,0 faiz, neyrodegenerativ xəstəliklərdən ölüm riski 29,0 faiz, respirator xəstəliklərindən ölüm riski 18,0 faiz aşağı olur («Qazeta.ru»).

Tədqiqat 60 min 582 qadının və 31 min 801 kişini sağlamlıq məlumatları əsasında 1990-2018 illər arası dövrdə aparılıb. İlkin mərhələdə onlarda ürək-damar xəstəliyi və ya xərçəng olmayıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar