Menu

“Nazarbayev ölüb və həmin gün basdırıblar”- Jirinovski

15.01.2022, 19:58
“Nazarbayev ölüb və həmin gün basdırıblar”- Jirinovski

 Qazaxıstanın paytaxtında onun adı yazılmış bütün lövhələr yığışdırılıb

LDPR lideri Vladimir Jirinovski deyib ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev çox güman ki, çoxdan ölüb.

“Komsomolskaya Pravda” radiosunun efirində o qeyd edib ki, Qazaxıstanın ilk prezidenti yəqin ki, həyatda yoxdur və çoxdan dəfn də edilib. O xatırladıb ki, müsəlmanlar həmin gün mərhumu dəfn edirlər. 

“Sakitcə gizlən, heç nə danışma və sağ ol? Bu istisna edilir", - deyə, Jirinovski Nazarbayevin sağ olmasını şübhə altına alıb.

Daha bir məlumata görə, Qazaxıstanın paytaxtı Nur-Sultanda Nursultan Nazarbayev prospektində onun adı yazılmış bütün lövhələr yığışdırılıb. Ölkənin ilk prezidentinin adı prospektə 2017-ci ildə verilib. Mk.ru xəbər verir ki, Qazaxıstanda Nur-Sultanın adının Astanaya dəyişdirilməsi ilə bağlı petisiya üçün imza toplamağa başladığı da məlum olub. 

"Cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq, Qazaxıstan Respublikasının Prezidentindən, hökumətindən və ölkə parlamentindən respublikamızın paytaxtının - Astana şəhərinin keçmiş adının qaytarılmasını xahiş edirik" deyə, musavat.com-un məlumatına görə,  müraciətdə deyilir.

Şərhlər

SM 2022-01-16 19:53:43

Nazarbayev Qazaxıstanı inkişaf etmiş ölkələrin sırasına daxil edə bilib. Onun öz ölkəsi üçün əməyi hədsiz böyükdür. Qazaxlar bunu yaxşı bilir. Həmçinin türk dünyası üçün də çox böyük töhfələr verib.

Seyid Ənhu 2022-01-16 02:52:22

YALANSA GERÇƏK OLSUN, TOKAYEV DƏ ONUN YANINA GETSİN. GEDƏNDƏ ÖZÜ İLƏ NAZARBAYEVİN BÜTÜN QOHUM-ƏQRABASINI DA APARSIN. TƏBİİ Kİ, ÖZÜNÜNKİLƏRİ DƏ UNUTMASIN.

Vahid 2022-01-16 01:21:24

Elbasina bu cür munasibet yalnışdır.

t.ədalət 2022-01-15 23:47:40

Jirinovski Putinin terror qurupuna yaxından bələd olan bir adam kimi həqiqəti sızdırır.Məlumdur ki,rus terrorçuları Qazaxıstanda çox böyük fəlakət törədəcəkdilər.Dünya dövlətlərinin təpkisi ilə Putin sındı.Bununla da Rusiyanın olan-qalan nüfuzu zədələndi.

Oxucu 2022-01-15 22:59:35

Kremlin tulası 28 dekabr 2021-ci il tarixdə MDB dövlətlərinin sammitində Nazarbayevlə Putin arasında gedən sğhbətin məzmunundan xəbərdar olduğundan Nazarbayev haqqında bu fikiri söyləyib.

Eli 2022-01-15 20:47:26

Bu şerefsiz Şirinovskini bilirsiz nece söymek lazımdır.Rehmetlik Celal Eliyev Milli Meclisin iclasların bşrinde Mir Şahinin ünvanına ne demişdise onların hamısı bu leyaqetsize deyilmelidir.

Mirzə AĞ 2022-01-15 20:44:48

"At ölüb, itin bayramıdır"

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol