Orta məktəblərin rus bölməsi üçün yazılan 4-cü sinif rus dili dərsliyində 20 Yanvar faciəsi ilə bağlı yol verilən təhrifə Gəncədə səfərdə olan təhsil nazirinin müavini Muxtar Məmmədov münasibət bildirib.
O qeyd edib ki, hazırda nəşriyyat tərəfindən məsələ araşdırılır. Araşdırmadan sonra müvafiq tədbir görüləcək.
“Dərsliklərdə olan bu kimi hallar aradan qaldırılacaq”, - deyə təhsil naziri əlavə edib.
Qeyd edək ki, mətndə deyilir ki, 1990-cı il 20 yanvar gecəsində şəhid olan dinc sakinlər Sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub.


Şərhlər
"O qeyd edib ki, hazırda nəşriyyat tərəfindən məsələ araşdırılır." Nəyi araşdıracaqlar? Dərsliyin müəllifləri bəlli, rəyçiləri bəlli, nəşrinə icazə verən qurumlar bəlli. Nəyi araşdıracaqsan? Bu milləti nə hesab edirsən? Sənin özünü araçdırnaq lazımdır. Və bu dərsliyi yazan və rəy verən degeneratları araçdırmaq lazımdır.
NAZİRLİK NECƏ DƏ NAŞI VƏ QORXAQ DAVRANIŞ SƏRGİLƏYİR. SANKİ SÖHBƏT HANSISA KORREKTURA XƏTASINDAN GEDİR. ARTIQ NEÇƏNCİ DƏFƏDİR Kİ, BU CÜR ƏMƏLLƏRİN ŞAHİDİ OLURUQ. KİTAB ÇAPI ÇOX UZUN SÜRƏN PROİSESLƏRDƏN KEÇİR. O FƏRQLİ MÜTƏXƏSSİSLƏR TƏRƏFİNDƏN OXUNUR. DƏFƏLƏRLƏ TƏHSİS EDİLİR. QERİ-MÜMKÜNDÜR Kİ, BU BOYDA SƏHVİ KİTABIN MÜƏLLİFLƏRİ, REDAKTORU, NAŞIRI, KORREKTORU GÖRMƏMİŞ OLSUN. BUNU BİRİ GÖRMƏDİ, İKİSİ GÖRMƏDİ, ÜÇÜ GÖRMƏDİ. DÖDRÜ GÖRMƏDİ. AXI KİTAB ÇAPINDA BÜTÜN LEKSİK VAHİDLƏR, BÜTÜN DURĞU İŞARƏLƏRİ DƏQİQBƏDƏQİQ BİR NEÇƏ KORREKTOR TƏRƏFİNDƏN DƏFƏLƏRLƏ OXUNUR. SONRA İMZALAMAQ ÜÇÜN MÜƏLLİFƏ GÖNDƏRİLİR. MÜƏLLİF İHEÇ BİR SƏHVİN OLMADIĞINI İMZASI İLƏ TƏSDİQLƏDİKDƏN SONRA ÇAP EDİLİR. NAZİRLİYİNDƏ BORCUDUR Kİ, TƏDRİS ETDİRDİYİ KİTABI BİR OXUSUN. ŞAGİRDLƏRƏ HANSİ BİLGİLƏRİN TƏQDİM EDİLDİYTİNİ BİLSİN. DENƏYİM ODUR Kİ, BU TEXNİKİ XƏTA DEYİL VƏ OLA BİLMƏZ. BU CİNAYƏTDİR VƏ BU CİNAYƏTİ ANCAQ MÜTƏŞIƏKKİL RAZILAŞMA YOLU TÖRƏTMƏK MÜMKÜNDÜR. DAŞ DA GÖZ ÜNÜNDƏDİR TƏRƏZİ DƏ. MÜƏLLİFLƏR BƏLLİ, NƏŞRİYYAT BƏLLİ. NAZİRLİK BƏLLİ.