KARANTİN REJİMİ İLƏ BAĞLI YENİ QƏRARLAR - Nazirlər Kabineti açıqladı

Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul edib. Nazirlər Kabinetindən verilən məlumata görə, qərarlara əsasən:

-Laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.

- COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləcək.

- Xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.

Qeyd edilib ki, karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilməsi, həmçinin karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağası ləğv edilir.

635x100

Şərhlər

TT 2022-01-23 03:13:23

NK yenede oyun caxartir) Amerikada fevralin 2 den covid sôhbeti yiqishdirilir, yani bele bir xestelik olmayacaq,Var idi indi yoxdu . Bizde odu sôndûrûb kûlûynen oynayuruq, Bosh buraxun !!! Camaat yoruldu tay , sizin menasiz qerarlarinizdan!!!

Son yazılar