Menu

PREZİDENT AGENTLİYƏ SƏDR MÜAVİNİ TƏYİN ETDİ - Dosye + FOTO

24.01.2022, 18:20
PREZİDENT AGENTLİYƏ SƏDR MÜAVİNİ TƏYİN ETDİ - Dosye + FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azadə Hüseynova Dövlət Turizm Agentliyi sədrinin müavini təyin olunub. Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Azadə Abbas qızı Hüseynova 1984-cü ildə Zəngibasarda anadan olub.

Azərbaycan Dillər Universitetində bakalavr və magistr üzrə təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsili alıb.

Azərbaycanda fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatlarda çalışıb. 2018-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Milli Turizm Təbliğat Bürosunda investisiyalar üzrə mütəxəssis, sonrakı dövrlərdə Dövlət Turizm Agentliyində Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri, Turizm siyasəti və strategiyası şöbəsində müdir müavini vəzifələrində çalışıb.

2019-cu ildən etibarən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.

Ailəlidir, iki övladı var.

Şərhlər

Shahin 2022-01-24 14:35:39

1984-cü ildə Zəngibasarda anadan olub. yerli insanlara fezive yoxdur. goren sebebi nedir.

Leyla 2022-01-24 13:41:46

......... Turizm sahesi Azerbaycanda tam olaraq siradan cixib. Dovlet terefinden turizm sektorunun saxlanilma xercleri artib ve fealiyyeti semeresizlesib. Dunya xalqlarinin bundan sonra da muxtelif nov belalara ducar olacagini nezere aldiqda turizm hec zaman inkisaf ede bilmeyecek. Agentlikde bas veren korrupsiya faktlari ise ayri bir movzudur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol