Azərbaycanda şagirdlərin qeyri-etik hərəkətlər etdiyi məktəbin adı məlum olub. Hadisə “İntellekt” məktəb-liseyində baş verib.

Məktəbdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “İntellekt” məktəb-liseyində şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən müvafiq araşdırma aparılır və zəruri profilaktiki tədbirlər görülür.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Xətai rayonu, 165 saylı tam orta məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışlar nümayiş etdiriblər.

Nəticədə dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.

***

Azərbaycandakı məktəblərin birində çəkilən görüntülər yenə gündəm olub. Musavat.com xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.

Şagirdlər sinif otağının əşyalarını dağıdır, müəllimə olub-olmadığı hələ ki bilinməyən qadını sinifdən qovurlar. Özü də bütün bunlar dərs zamanı baş verir.

Sözügedən görüntüləri təqdim edirik: