Azərbaycanda partiya rəhbəri YAP-ın rayon təşkilatının sədri oldu - FOTO

Şamaxı rayon İcra Hakimiyyəti başçısının sabiq 1-ci müavini Qasım Qasımova vəzifə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qərar bu gün videokonfrans formatında keçirilən "Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi ilə bağlı konfransda verilib.

Qərarə əsasən, Qasımov Qasım Nurməhəmməd oğlu YAP-ın Qobustan rayon təşkilatının yeni sədri seçilib.

Qeyd edək ki, Qasım Qasımov Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədridir. Partiyası 1994-cü ildə qeydiyyata alınıb. O, bir neçə il bundan əvvəl partiyasını YAP-a birləşdirib.

635x100

Şərhlər

Ruslan 2022-03-12 07:32:24

Q.Qasimov peşəkar, mesulyetli, ve terbiyeli insandir, onu sevenlerin sayi hecde az deyil, odurki eziz hemyerliler gelin buna şexsi prinsiple baxmayaq, nece deyirler elin gözü terezidir

Veteran 2022-01-29 19:46:56

Bu ailə partiyasıdır.3-5 nəfər ailə üzvülərindən partiya olar.

Elmar 2022-01-29 13:29:56

Təbrik edirik Öz sahəsində peşəkar

Həsən 2022-01-29 11:06:14

90- və illərin ortalarında Ulu Öndər ADSP- sədri, Günay bankın rəhbəri Mahmud Məmmədov başda olmaqla onun başına yıgdıgı komsomolun MK- nin Sabiq işçilərini ölkədən qovdu. O cümlədən Q.Qasımovu da. Bu gün Ölkədə ən açar vəzifəni tutanların böyük əksəriyyəti ADSP- nın üzvləridir və ölkəni talan edirlər amma YAP- ən ayağına yazılır....

Son yazılar