ABŞ Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətə münasibət bildirib

ABŞ hökuməti Qırğız Respublikası ilə Tacikistan sərhədindəki son hadisələrdən narahatdır.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) tviter hesabında yazı paylaşıb:

“ABŞ Qırğızıstan-Tacikistan sərhədində zorakılığın yenidən başlanmasından dərin narahatlıq keçirir. Bizim düşüncələrimiz ölənlərin, onların ailələrinin, həmçinin bu zorakılıq üzündən köçməli olanların yanındadır. Biz bu həllini tapmamış sərhəd problemini danışıqlar yolu ilə həll etməyə, dinc qonşuluq üçün öhdəlik götürmələrinə çağırırıq”.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar