Qazaxıstanda bir gündə 12 minə yaxın yoluxma halı qeydə alınıb
Baxiş sayı:
Dərc olunub:
29/01/2022 - 12:30
Ötən gün Qazaxıstanda 11 753 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin “Kazinform” agentliyi məlumat yayıb.
Bildirilib ki, yoluxma hallarının əksəriyyəti Almatı (2 253) və paytaxt Nur-Sultanın (1 930) payına düşüb. Eyni dövr ərzində 12 533 nəfər xəstəlikdən sağalıb.
Beləliklə, Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 1 216 522-yə, sağalanların sayı isə 1 045 172-yə yüksəlib.
Xatırladaq ki, yanvarın 28-nə olan məlumata əsasən, Qazaxıstanda 12 558 yoluxma, 17 ölüm halı qeydə alınıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.