Menu

Moskva ABŞ və NATO-nun yazılı sənədinə cavab hazırlayır

01.02.2022, 12:50
Moskva ABŞ və NATO-nun yazılı sənədinə cavab hazırlayır

Moskva ABŞ və NATO-nun yazılı sənədinə cavab hazırlamağa davam edir.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti yüksək rütbəli diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Lavrov NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinə, o cümlədən ABŞ dövlət katibi Entoni Blinkenə NATO-nun istinad etdiyimiz təhlükəsizliyin bölünməzliyi kimi fundamental prinsipi necə başa düşdüyü ilə bağlı cavab göndərib. Və mesajımıza Qərbdən cavab yoxdur", - diplomatik mənbə bildirib.

O qeyd edib ki, göndərilən mesajı ABŞ və NATO-ya Moskvanın cavabı kimi təqdim etmək yanlışdır.

"Biz onların yazılı cavablarını təhlil etməyə davam edirik. Bizim reaksiyamız hazırlanır”, - mənbə əlavə edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü yanvarın 31-də Rusiyadan yazılı cavab alındığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol