Menu

AKİA-nın müvəkkil kredit təşkilatlarına qarşı tələblər sərtləşdirilib

01.02.2022, 15:43
AKİA-nın müvəkkil kredit təşkilatlarına qarşı tələblər sərtləşdirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) müvəkkil kredit təşkilatına qarşı tələblər sərtləşdirilib.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanına etdiyi dəyişiklikdə öz əksini tapıb.

Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmanda deyilir ki, sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Sahibkarlıq subyektləri vaxtından əvvəl faizləri və yaxud əsas borcu ödəyərsə, həmin vəsaiti müvəkkil kredit təşkilatı 5 iş günündən gec olmayaraq AKİA-nın hesabına köçürülməlidir. Bu məsələdə gecikmə olduqda müvəkkil kredit təşkilatları cərimə ödəməlidirlər. Vəsaitin köçürülməsi 15 iş günündən çox gecikdirildikdə, Müsabiqə Komissiyası müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və yaxud onu müvəkkil kredit təşkilatları sırasından çıxara bilər.

AKİA sahibkarlıq subyektlərinin əsas borcu və faizləri müvəkkil kredit təşkilatına ödəməsi tarixi ilə müvəkkil kredit təşkilatının Agentliyə köçürməsi tarixinin üzləşməsini apara və yaxud bunun üçün Azərbaycan Mərkəzi Bankına müraciət edə bilər. Belə müraciət daxil olduqda, AMB yoxlama zamanı müvəkkil kredit təşkilatı tərəfindən köçürmələrdə uyğunsuzluq aşkar edərsə, bu barədə Agentliyə məlumat verir.

Şərhlər

Eli 2022-02-01 16:54:13

Men şexsen şahid kimi deye bilerem ki be istenilen şexse de isbat ederem ki Kend Teserrüfati naziri ve onun tabeçiliyibde olan bütün qürümlar xüsusen AKİA -n rehberlik ve emekdaşkarı tam qüsurduz işleyir ve fermerlere maksimium yardımço olurlar.Var olsunlar butun KTN kollektivi başda İnam Kerimov olmaqla

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol