Menu

İşdən çıxarılan nazir müavinindən açıqlama - "Kefim əladır..."

04.02.2022, 17:24
İşdən çıxarılan nazir müavinindən açıqlama -  "Kefim əladır..."

Bu gün səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Elsəvər Ağayev qısa açıqlama verib. 

Qaynarinfo-ya danışan keçmiş nazir müavinin kefinin yaxşı olduğunu bildirib: "Kefim əladır. Biraz işlərim var. İşimdən azad olunmağımla bağlı hansısa şərh vermək istəmirəm. Sonra danışarıq”.

Qeyd edək ki, Elsəvər Ağayev 1965-ci il Naxçıvan Muxtar Respublikasında anadan olub. 1983-1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirib. 1990-1993-cü illərdə Sankt Peterburq Kimya-Əczaçılıq Akademiyasında məqsədli aspiranturanı bitirib əczaçılıq elmləri namizədi elmi dərəcəsini alıb geri qayıtdıqdan sonra baş mütəxəssis, şöbə müdiri işləyib. 1996-cı ildə həmin birliyin baş direktoru təyin olunub. 1997-cü ildə Səhiyyə Nazirliyinin "Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, SN-nin "Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru vəzifəsinə təyin edilib.

1999-cu ildən il Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 2013-cü ildə Tərəqqi medalı ilə təltif edilib.

Şərhlər

Fazil 2022-02-05 01:57:55

Da əla olarda 23 il yemisən

Veteran 2022-02-05 01:08:49

DIĞALARLA QOHUMLUĞU VARSA YENİDƏN YAĞLI POSTA QOYARLAR.

Türk Turan 2022-02-04 18:54:23

Niyə də əla olmasın ki,.........

Eldəniz 2022-02-04 17:15:22

Heç kəs əbədi vəzifədə qalasi deyil ....23 il bir igidin ömrüdur ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol