"Türkiyə və İsrail, İsrail təbii qazının Avropaya nəqli üçün birlikdə işləyə bilərlər".
"AzPolitika.info" xəbər verir ki, bu bəyanatla Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan çıxış edib. Türkiyə lideri fevralın 4-də bildirib ki, bu məsələ iki ölkə arasında gələn ay keçiriləcək danışıqlarda müzakirə olunacaq.
Qeyd edək ki, iki ölkə arasında məlum problemlər tədricən aradan qaldırılır. Türkiyə 2020-ci ildən başlayaraq regional bağlarını möhkəmlətməyə çalışır.
Ərdoğan fevralın 3-də deyib ki, İsrail prezidenti İshak Herzoq martın ortalarında Türkiyəyə səfər edəcək. Ukraynadan qayıdarkən təyyarədə keçirdiyi mətbuat konfransında Ərdoğan jurnalistlərə deyib: "Biz İsrailin təbii qazından həm öz ölkəmizdə istifadə edə bilər, həm də qazın Avropaya ötürülməsi istiqamətində səylər göstərə bilərik. İnşaallah bu məsələlər cənab Herzoqun Türkiyəyə səfəri zamanı bizim gündəliyimizdə olacaq”.
"Reuters" agnetliyi bu barədə yazır ki, İsraildə prezidentlik institutu daha çox mərasim səciyyəsi daşıyır, amma Ərdoğan ötən ilin noyabrında baş nazir Naftali Bennetlə də telefonla danışıb. Bu, son illərdə iki ölkənin liderləri arasında ilk telefon danışığı idi.
Xatırladaq ki, ki, Ərdoğan fevralın 2-də İraqdakı yarımmüstəqil kürd muxtariyyətinin rəhbəri Naçirvan Bərzani ilə də görüşüb. Danışıqların gündəliyi barədə suala cavab verən Ərdoğan bildirib ki, Türkiyə İraqla təbii qaz təchizatı müqaviləsi imzalamağa çalışır və bu istiqamətdə danışıqlar aparır:
"Biz hazırda İraq məsələsini gündəliyimizə daxil etmişik. Biz indi bu barədə düşünürük. İraqdan Türkiyəyə qaz nəqli təşkil oluna bilər”.
"AzPolitika.info"


Şərhlər