Menu

Ötən gün özünü qatar yoluna atan şəxs xəstəxanaya yerləşdirilib

09.02.2022, 09:55
Ötən gün özünü qatar yoluna atan şəxs xəstəxanaya yerləşdirilib

Ötən gün Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında özünü qatar yoluna atan qadın Kliniki Tibbi Mərkəzə gətirilib.

Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu "Report"a açıqlamasında bildirib ki, yaralı dünən gecə saatlarında qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Onun sözlərinə görə, hazırda onun müalicəsi davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol